Fransada yeni nazirlər məlum oldu

post-img

Prezident Makronun “İntibah” Partiyasının lideri, baş nazir Qabriel Attalın "əri" Stefan Sejurne Fransa Xarici İşlər Nazirliyinin yeni rəhbəri olub.

Məlumata görə, bu təyinatı Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler yeni hökumətin tərkibini elan edərkən açıqlayıb.

Qeyd edək ki, Sejurne 2022-ci ilin mayından Fransa diplomatiyasına rəhbərlik edən Ketrin Kolonnanı əvəz edəcək.

2014-cü ildə Stefan Sejurne Emmanuel Makron iqtisadiyyat naziri olan zaman siyasi əməkdaşlığa başlayıb. O, 2015-ci ildə “Gənclər Makronla” hərəkatının təşkilində fəal iştirak edib, 2017-ci ildə Makronun prezidentlik kampaniyasında çalışıb və qələbəsindən sonra siyasi liderlərdən birinə çevrilib. 2019-cu ildə o, Avropa Parlamentinə seçki kampaniyasına rəhbərlik edib və nəticədə avropalı deputat olub.

17 sentyabr 2022-ci il tarixində “İrəli, Respublika!” Partiyası Renessans Partiyası olaraq yenidən təşkil edilib və Sejurne onun baş katibi seçilib.

"Alman dalğası" yazır ki, yeni baş nazir Qabriel Attal və Emmanuel Makronu təkcə nisbətən gənc yaşları və ambisiyaları deyil, həm də siyasi baxışları birləşdirir. Makron kimi Attal da keçmiş sosialistdir. 2017-ci ildə Sosialist Partiyasını tərk edərək Makronun “Respublika Marşda” siyasi hərəkatına qoşulub. Attal təyin olunana qədər təhsil naziri vəzifəsindən əlavə hökumətdə digər vəzifələrdə də çalışıb.

XQ

Dünya