Fransanın baş naziri vəzifəsinə Qabriel Attal təyin edilib

post-img

Fransanın təhsil naziri, 34 yaşlı Qabriel Attal ölkənin yeni baş naziri olub. Bu barədə yanvarın 9-da BFMTV-yə istinadən “İzvestiya.ru” məlumat yayıb.

Beləliklə, o, dövlətin bütün tarixində ən gənc kabinet rəhbəri olub. Telekanalın qeyd etdiyi kimi, Attal cəmi beş ay əvvəl ölkənin təhsil naziri vəzifəsinə başlayıb.

Ölkənin əvvəlki baş naziri Elizabet Born bir gün əvvəl, yanvarın 8-də Fransanın baş naziri vəzifəsindən istefa verib. Fransa prezidenti Emmanuel Makron ona gördüyü işlərə görə minnətdarlığını bildirib. Bundan sonra “France 24” televiziya kanalı Attalı onun varisi kimi göstərib.

Born 2023-cü ilin yayında parlamentdən yan keçməklə yeni pensiya islahatını həyata keçirdikdən sonra Fransada istefası barədə danışmağa başlayıblar. Bu islahatlardan sonra Fransa sakinləri kütləvi etiraz aksiyalarına çıxıblar.

P.ƏMİRCANOV
XQ

Dünya