Blinken Türkiyədə: Ərdoğan və Fidanla danışıqlar

post-img

İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Entoni Blinken arasında görüş başa çatıb. Görüşdən sonra heç bir açıqlama verilməyib.

Türkiyə Xarici İşlər Nazirliyi təxminən iki saatlıq danışıqların nəticələrinə əsasən bildirib ki, Hakan Fidan və Antoni Blinken danışıqlarda Qəzzada nizamlanma və İsveçin NATO-ya üzv olmaq ərizəsini müzakirə ediblər. “Görüşdə nazirlər Qəzzadakı müharibə və humanitar böhranı, İsveçin NATO-ya üzvlüyü prosesini, ikitərəfli və regional məsələləri müzakirə ediblər”, - məlumatda deyilir.

Danışıqlardan sonra E.Blinken Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

E.Blinken oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra bölgəyə dördüncü səfərini edir. ABŞ dövlət katibi İstanbuldan sonra Yunanıstana, oradan isə İordaniya, Qətərə, BƏ-ə, Səudiyyə Ərəbistanına, İsrailə, Fələstinə və Misirə gedəcək.

XQ

 

 

Dünya