İraq xarici hərbi kontingenti ölkədən çıxarmaq niyyətindədir

post-img

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani xarici hərbi qüvvələrin ölkədən çıxarılmasına başladığını elan edib. Bu qərar İranyönlü şiə Hizbullah əl-Nucaba hərəkatının səhra komandiri, Amerikanın zərbəsi nəticəsində öldürülən Müştaq Cavad Qasim əl-Cəvarinin Bağdadda ölümündən sonra verilib.

“Hökumət beynəlxalq koalisiya qüvvələrinin İraqda mövcudluğunu həmişəlik dayandırmaq məqsədi ilə tədbirlər görmək üçün ikitərəfli komitənin işinə başlama tarixini müəyyənləşdirir”, - "Reuters" baş nazirin ofisinə istinadən xəbər verir.

Öz növbəsində İraq hökuməti bildirib ki, Müştəqa Cavad Qasim əl-Cəvari 2014-cü ildə terror təşkilatı olan İŞİD ilə mübarizə üçün yaradılmış və İraq hökuməti tərəfindən tanınan Xalq Səfərbərlik Qüvvələrinin üzvü olub.

Agentliyin məlumatına görə, 2014-cü ildən İraqda İŞİD-in yenidən dirçəlişinin qarşısını almaq üçün 2500-ə yaxın Amerika əsgəri yerləşdirilib.

XQ

Dünya