İmran Xan parlament seçkilərində iştirak edəcək

post-img

Pakistanın keçmiş baş naziri İmran Xan fevralın 8-də respublika parlamentinə keçiriləcək seçkilərdə deputatlığa namizəd olacaq. Yerli media xəbər verir ki, bunu Ravalpindidə müxalifətdə olan Ədalət Uğrunda Hərəkat (JM) partiyasının sədri Qohar Xan bildirib.

Xan qeyd edib ki, həbsdə olan keçmiş baş nazir Pakistanın üç seçki dairəsində - İslamabad, Lahor və Mianvalidə namizəd olacaq.

Ekspertlər vurğulayıblar ki, Xanın seçkilərdə iştirak üçün çətin bir mübarizə aparmalı olacaq. Onların fikrincə, keçmiş baş nazirin texniki olaraq parlamentə daxil olmaq hüququ var, lakin ona qarşı bir çox iş açılıb.

Bu il avqustun 5-də məhkəmə İmran Xanın barəsində korrupsiya işi üzrə həbs qərarı çıxardıqdan sonra o, polis tərəfindən saxlanılıb. Avqustun 29-da Pakistan məhkəməsi keçmiş baş nazirin girov müqabilində azadlığa buraxılması barədə qərar çıxararaq, ona qarşı üç illik həbs cəzasını təxirə salıb. Lakin avqustun 30-da Xan yenidən “dövlət sirrini yaymaq” ittihamı ilə həbs olunub.

Dekabrın 2-də vəkil Qohar Xan Ədalət Uğrunda Hərəkatın yeni sədri oldu.

P.ƏMİRCANOV

XQ

Dünya