“Xarıbülbül əfsanəsi” Pakistanda

post-img

Pakistanın Milli Müasir Dillər Universitetində"Xarıbülbül əfsanəsi" sənədli filmini nümayişi keçirilib. 

Azərbaycanın İsveçdəki səfirliyinin təşəbbü­sü, UNESCO üzrə Azərbaycan Milli Komissiya­sının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə lentə alınmış filmin təqdimatında Türk Dövlətləri Təşki­latına üzv ölkələrin səfirləri və səfirlik əməkdaşla­rı, universitet rəhbərliyi, eləcə də tələbələr iştirak ediblər.

Öncə səfir Xəzər Fərhadov qədim Şuşa barə­də söhbət açıb və bu şəhərin Azərbaycanın ta­rixi-mədəni, ictimai-siyasi mərkəzlərindən biri olduğunu vurğulayıb. O, Azərbaycan musiqisinin beşiyi olan bu şəhərin 2023-cü il üçün “Türk dün­yasının mədəniyyət paytaxtı” və 2024-cü il üçün “İslam dünyasının paytaxtı” elan edildiyini diqqətə çatdırıb.

X.Fərhadov çıxışında “Xarıbülbül”dən danı­şaraq onun Qarabağ ərazisində, xüsusilə Şuşa ətrafında bitdiyini, Qarabağın işğaldan azad edil­məsi ilə “Xarıbülbül”ün azadlıq və zəfər rəmzinə çevrildiyini söyləyib. 

Sonda qonaqlar universitetdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olublar.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

İslamabad

Son xəbərlər