100 yaşlı “Zaqatala”

post-img

Bölgə mətbuatında özünəməxsus dəst-xəti ilə seçilən “Zaqatala” qəzetinin 100 illiyi münasibətilə bu rayondakı Heydər Əliyev Mərkəzində yubiley tədbiri keçirilib. Tədbirdə rayon rəhbərliyi, qəzetin əməkdaşları, media nümayəndələri və ziyalılar iştirak ediblər.

“Zaqatala” qəzetinin redak­toru, Əməkdar mədəniyyət iş­çisi İbrahim İbrahimovun “Bir əsrlik salnaməçilik yolu” möv­zusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, qəzet müxtəlif illərdə fərqli adlarla dərc olun­sa da, 1991-ci ilin sonundan başlayaraq “Zaqatala” adı ilə fəaliyyət göstərib. Qəzet fəa­liyyət göstərdiyi illər ərzində 4 dəfə əlifba, 3 dəfə isə çap tex­nologiyasını dəyişib.

Tədbirdə “Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov, Qax rayonunda çıxan “Şəlalə” qəzetinin redaktoru Xavər Əfəndiyeva, Zərdabda nəşr olunan “Əkinçi” qəzetinin re­daktoru İsaməddin Əhmədov, pedaqogika üzrə fəlsəfə dokto­ru, qəzetin fəal yazarlarından olan Həşim İsmayılov çıxış edərək qəzetin əməkdaşlarına gələcək fəaliyyətlərində uğur­lar arzulayıblar.

Zaqatala Rayon İcra Ha­kimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxışında qəzetin rayonun ictimai-siyasi və mə­dəni həyatındakı rolunu xüsusi vurğulayıb, kollektivi yubiley münasibətilə təbrik edib.

Sonda kollektivə Zaqatala Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

XQ

Sosial həyat