Laçında ilk texnoloji təqdimat

post-img

İşğaldan azad olunmuş ərazilərdə hazır­da sürətlə bərpa-quruculuq işləri gedir və həyat axarına qayıdır. Kompüter avadanlıq­larının böyük idxalçılarından olan “Aztech” şirkəti dekabrın 19-da Laçında “LaCinema” kino mərkəzində “LEGİON GO” portativ oyun konsolunun ilk təqdimatını və gənclər arasında əyləncəli “Gaming Festival” keçi­rib. Bu, “Aztech” şirkətinin Laçına artıq ikin­ci səfəri idi. 

Bundan öncə Laçın rayonu 2 saylı tam orta məktəbə şirkət tərəfindən 30 noutbuk hədiyyə edilmişdir. Təqdimatdan sonra məktəblilər və gənclər arasında maarifləndirici və əyləncəli “Ga­ming Festival” təşkil olunub. Gənc nəslin maarif­ləndirilməsi, yeni texnoloji məhsullarla tanışlığı, asudə vaxtlarını daha necə faydalı keçirə biləcək­ləri barədə maraqlı diskussiyalar aparılıb. 

Laçınlı gənclər və məktəblilər üçün əsl bayram ab-havasında keçən və Qarabağda ilk dəfə təşkil olunan bu tədbirə maraq böyük olub.

N.AYTƏN
XQ

Son xəbərlər