Gözlər qaranlıqda niyə böyüyür?

post-img

Qaranlıq bir otağa girib gözlərinizin qaranlığa öyrəşməyini gözlədiyiniz zaman nələr yaşandığını, heç düşünmüsünüzmü? Əgər otaqda heç bir işıq yoxdursa, yəni pəncərədən, az da olsa, işıq görünmürsə, siz ətrafı görə bilməzsiniz. 

Görməyiniz üçün cisimlərin yaydığı fotonlar olmalıdır. Buna görə də qaranlıqda çox az olan bu fotonları toplaya bilmək üçün göz bəbəklərimiz sürətlə böyüyür. Beləcə, retinada (gözün işığı qə­bul edən təbəqəsi) işıq həssaslığı 16 dəfə artır ki, biz qaranlıqda görə bilək!

İlk 5 dəqiqədə gözlərimiz işığa öyrəşməyə başlayır, 20 dəqiqədən sonra isə, qaranlıqda gör­mə qabiliyyətimizin ən yaxşı səviyyəsinə çatırıq. “Gözün öyrəşməsi” adlanan hadisə budur. 

Ayan SƏMƏDQIZI,
tələbə-jurnalist

Sosial həyat