Hərbi Gürcüstan yolu iri tutumlu yük maşınları üçün bağlanıb. Bu barədə Şimali Osetiya Fövqəladə Hallar Nazirliyi baş idarəsinin məlumatında bildirilir. Xəbəri “İnterfaks.ru” verib.
Məlumatda deyilir: “10 oktyabr saat 22.50-dən Vladiqafqaz-Lars sahəsində iri tutumlu avtonəqliyyat vasitələrinin hərəkəti Rusiya Federasiyasından çıxış istiqamətində süsusi göstəriş olana qədər bağlanıb”.
Qeyd edək ki, Hərbi Gürcüstan yolu hazırda təkcə Gürcüstanı deyil, həm də Ermənistanı Rusiya ilə bağlayan yeganə quru marşrutudur.
Paşa ƏMİRCANOV
XQ