Media və vətəndaş cəmiyyətində ictimai nəzarət

post-img

Oktyabrın 10-da Medianın İnkişafı Agentliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib. Müzakirədə media və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Medianın İnkişafı Agentliyi media subyektləri və jurnalistlərlə iş şöbə­sinin müdiri Natiq Məmmədli qeyd edib ki, ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” və “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəa­liyyət Planı” təsdiq edilib. Qeyd olunan sənədlərdə dövlət qurumları ilə kor­rupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının daha da gücləndirilməsi və birgə layihələrin hə­yata keçirilməsi xüsusi istiqamət olaraq müəyyənləşdirilib. Bu yöndə mütəmadi müzakirələrin təşkilinin vacibliyini və KİV-in ictimai nəzarətçi funksiyasını həyata keçirdiyini vurğulayan şöbə müdiri bildirib ki, media etikası jurnalist peşəkarlığının əsas prinsipi olduqda bu funksiyanın icrasını təmin etmək daha səmərəli olacaq.

Qeyri-Hökumət Təşkilatlarına Döv­lət Dəstəyi Agentliyinin layihələrin idarəedilməsi departamentinin müdi­ri Elnur Bağırlı da korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin hə­yata keçirilməsində media subyektlə­rinin və qeyri-hökumət təşkilatlarının əhəmiyyətli rolunu qeyd edib, onların dövlət orqan və qurumları ilə tərəfdaş­lıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb. 

Müzakirələrdə medianın ictimai müzakirənin mütəmadi təşkil olunduğu bir platformanı təmin etməsi ilə bağ­lı diskussiya aparılıb, ictimai nəzarət mexanizminin institusional hal alması üçün təkliflər irəli sürülüb.

XQ

Sosial həyat