QHT-lərə Dövlət Dəstəyi Agentliyinin növbəti qrant müsabiqələri

post-img

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib.

Agentlikdən XQ-yə bildirilib ki, hər 3 müsabiqə üzrə QHT-lərin layihə təklif­lərinə dair sənədlərin qəbuluna 2023-cü il noyabrın 10-da başlanacaq. Müra­ciət üçün son tarix 2023-cü il dekabrın 10-dur. Sonra layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, təhlil ediləcək və qaliblər müəyyənləşdirilə­cək. Müsabiqənin nəticələri 2024-cü ilin fevralında elan olunacaq. 

Kiçik qrantlar 15 min, orta qrantlar 30 min, böyük qrantlar isə 50 min manat məbləğində müəyyən edilib. Müsabiqələr 5 kateqoriya üzrə mövzuları əhatə edir. Müsabiqə üçün 1 mövzu seçilməsi arzu edilir. Şəxsən, poçtla və ya e-poçt vasitə­silə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur. 

Müsabiqənin şərtləri və qaydaları ilə ətraflı tanış olmaq istəyənlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təş­kilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əlaqə saxlaya bilərlətr:

Yasamal rayonu, Hüseyn Cavid pros­pekti, 520-ci məhəllə, ev 20.

[email protected] (+994 12) 493-15-81.

XQ

Son xəbərlər