21 ailə də doğma Füzuliyə qovuşdu

post-img

Dünən Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuliyə çatıb. 21 ailə olmaqla 88 nəfər sakin doğma yurduna qovuşub. 

Füzuli şəhərinə çatan ailələr Qaçqın­ların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi ra­yonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaq­la) Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıb. Onlar sevinc hissi ilə mənzil­lərinin açarlarını təhvil alıblar.

Bununla da Füzuli şəhərində 165 ailə olmaqla, 602 nəfərin daimi məskunlaş­ması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi da­vam edəcək.

XQ

Son xəbərlər