“Youtube”da videoredaktə

post-img

“Youtube” tərtibatçıları “Youtube Create” adlı yeni tətbiqi təqdim ediblər. Yeni tətbiq videoları birbaşa smartfonda redaktə etmək imkanını verir. “Youtube Create” istifadəçiləri daha çox “Youtube Shorts” videolarının yaradılmasına sövq etmək üçün nəzərdə tutulub. 

Məlumdur ki, “Youtube”da video hazırlamaq “TikTok”da video hazırlamaqdan daha qəlizdir. “Youtube” servisinin videoların redaktə olunması üçün nəzərdə tutulmuş ayrıca tətbiqi istifadəyə verməsi öz növbəsində “TikTok”un buna bənzər CapCut adlı tətbiqi istifadəyə verməsi strategiyasına bənzəyir.

Xatırladaq ki, “CapCut” öz növbəsində təkcə “TikTok” üçün deyil, həmçinin digər platformalar üçün videoların hazırlanmasında yardımçı olur. “Youtube Create” tətbiqinə gəldikdə isə o, videoların kəsilməsi, onlara altyazıların, səsləndirmənin, müxtəlif effektlər ilə filtrlərin əlavə edilməsi imkanlarını verir. 

XQ

 

Dünya