Qulaqlıq layla çalır

post-img

“Xiaomi” şirkəti istifadəçiləri daha tez və yaxşı yuxuya getməsinə kömək edəcək yeni qadcet hazırlayıb. Qulaqlıqlı bu ağıllı maska “Meet” adlandırılıb. 

Məlumata görə, cihaz artıq sifariş üçün hazırdır. “Meet” yuxu maskasıdır. Ancaq o, həm də müasir texnologiyadan - xarici səsləri maneə törədən müasir qulaqlıqlardan istifadə edir.

Bu qulaqlıqlar rahatlaşdırıcı musiqi ifa edə bilir. Səs səviyyəsi həm əllə, həm də avtomatik olaraq tənzimlənir. İstifadəçi müəyyən yuxu mərhələsinə çatdıqda musiqi tamamilə sönür.

Müxtəlif funksiyaları konfiqurasiya etmək və yuxu ssenarilərini seçmək mümkündür. Maska smartfona qoşula bilər. Belə maskanın sahibi müəyyən  müddət ərzində yüksək keyfiyyətli və sağlam istirahətdən zövq almaq üçün istədiyi yuxu rejimini seçə bilər.

AYTƏN
 XQ

 

Sosial həyat