Peskov: Azərbaycan və Ermənistanla işləməkdə davam edirik

post-img

Rusiya davamlı olaraq Azərbaycan və Ermənistanla işləyir. Lap bu yaxınlarda Moskvadan humanitar yardım da göndərilib. Belə bir bəyanatla bu gün Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov çıxış edib. Məlumatı “İzvestiya.ru” verib.

Beləliklə, o, ABŞ Dövlət Departamentinin Laçın yolunun açılmasında israr etməsinə münasibət bildirib. “Rusiya tərəfi həm Bakı, həm də İrəvanla öz işini ardıcıllıqla aparır. Biz gələcəkdə də bu işi davam etdirəcəyik. Hətta bu yaxınlarda Rusiyanın səyləri nəticəsində Qarabağa ilk humanitar yardım çatdırılıb”, - deyə Peskov jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Rusiya bu istiqamətdə işini davam etdirir, bunun üçün bütün tərəflərlə müxtəlif variantlar müzakirə edilir. 

Qeyd edək ki, sentyabrın 12-də RF Prezidenti Vladimir Putin Şərq İqtisadi Şurasının iclasında bəyan edib ki, “Dağlıq Qarabağ”ın statusu həll olunub: “Bu, hazırkı Ermənistan rəhbərliyinin qərarıdır”. Bundan əlavə, Rusiya əvvəllər özünün nizamlama variantını təqdim edib, Ermənistan bu variantlarla razılaşmayıb. 

Paşa ƏMİRCANOV
XQ

Dünya