Qazaxıstan və Türkiyə birgə PUA müəssisəsi yaradacaqlar

post-img

Türkiyə şirkətləri Qazaxıstanda PUA istehsalı üçün müştərək müəssisənin yaradılması istiqamətində iş aparır. “Kazinform” xəbər verir ki, bunu Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaletdinov deyib.

Nazir müavini bildirib ki, Qazaxıstanda pilotsuz uçuş aparatlarının (PUA) sayının artırılmasına xüsusi diqqət yetirilir: “Bu gün İsrail və Çində istehsal olunan PUA-larımız var, türk şirkətləri ilə birgə müəssisə yaratmaq istiqamətində işlər gedir”.

Sultan Kamaletdinov son zamanlar dünya ölkələrində baş verən silahlı münaqişələrdə pilotsuz uçuş aparatlarının mühüm rol oynadığını da diqqətə çatdırıb: “Bu baxımdan biz ölkəmizdə sözügedən istiqamətdə müvafiq addımlar atırıq. İndi biz PUA-ları həm alırıq, həm də özümüz istehsal etməyə başlamışıq”.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya