Neyroşəbəkələrdə səsin tanınması və NLP (neyro-linqvistik proqramlaşdırma) elə bir mərhələyə çatıb ki, səs köməkçiləri real insanları və ya mətn axtarışını əvəz edir. Bu sahənin inkişafına Google, Apple və Amazon getdikcə daha çox vəsait yatırır.
Bu gün səs köməkçiləri lazım olan məlumatları axtarır, trek və podkastları işə salır, xatırlatmalar qurur və nömrələri yığır. Səsli naviqasiyadan isə dronları idarə etmək üçün istifadə olunur və səsli axtarışlar canlı məsləhətçiləri və zəng mərkəzi operatorlarını əvəz edir.
“Google”nin hesabatına görə, dünyada insanların 27 faizi smartfonlarda səsli köməkçilərdən istifadə edir. Onların 47 faizi axtarış etmək, 46 faizi xəbərləri dinləmək, 34 faizi isə ünvan istəmək və ya istiqamət almaq üçün yararlanır. Google iddia edir ki, 62 faiz istifadəçi onlayn məhsullar sifariş edir.
Bildirilir ki, hər il səsli köməkçilər süni intellekt sayəsində daha “ağıllı” olurlar. 2013-cü ildə onlar danışıq sözlərinin 77 faizini, bu gün isə 97 faizini tanıya bilirlər. Məsələn, RankBrain alqoritmi yeni axtarış ifadəsi ilə qarşılaşdıqda konkret istifadəçinin nə axtardığını təxmin edir və sonra ən uyğun cavabları qaytarır.