Mahnı qanadlarında: “Ay Laçın, can Laçın…”

post-img

“Laçın Günü”nün təsis olunması və bu əlamətdar hadisə ilə bağlı həftə sonu dövlət başçısı və birinci xanımın iştirakı ilə işğaldan azad olunmuş Laçında keçirilən təntənəli tədbirlər və atəşfəşanlıq sosial şəbəkələrdə böyük əks-səda doğurub. 

Bununla bağlı “Facebook”da dostluğumda olan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Familqızının aşağıdakı pay­laşımı diqqətimi cəlb etdi. Dilçi-alim “Laçınım”mahnısını xüsusi şövqlə ifa edən qızcığazın məlahətli səsinə heyran qalaraq yazır: 

“Ay Laçın, can Laçın, mən sənə qurban, Laçın”

Laçınsız günlərimizi bu ruhu sağ­lam körpə balamızın həzin, kövrək səsində duymaq, xatırlamaq nə qə­dər həyəcanlı olsa da, bu gündən gələcəyə baxsaq, bir o qədər hüzur­lu, sevincli və qürurludur. Şükür qo­vuşdurana! 

Laçınımızın Günü mübarək!”

Aynur xanım kimi hər bir vətənpərvər ziyalının xalqımızın icti­mai-siyasi həyatında baş verən mü­hüm hadisələrə vətəndaşlıq mövqeyi ortaya qoyması, əlbəttə, təqdirəlayiq haldır. Bu, həm də milli ruha sədaqət, vicdan və mənəviyyat məsələsidir. 

Təqdim etdi:
M.HACIXANLI,
“Xalq qəzeti”

Sosial həyat