Dünən Azərbaycan muğam və xalq mahnılarının əvəzedilməz ifaçısı Rübabə Muradovanın anım günü idi. Böyük sənətkar 22 mart 1933-cü ildə Ərdəbildə anadan olub, 28 avqust 1983-cü ildə Bakıda dünyasını dəyişib. Yasamal qəbiristanlığında dəfn olunub.
Rübabə xanımın ruhumuzu oxşayan həzin, kövrək nəğmələri bu gün də səslənir, sevilir, alqışlanır. Onun ifasında “Qaragilə”mahnısı xüsusilə başqa bir aləmdir:
Gəlmişəm otağına, oyadam səni,
Qaragilə, oyadam səni.
…Götürüb mən qaçaram aradan səni,
Qaragilə, aradan səni…
Onun nəğmələrində sevgi, nisgil, ayrılıq, həyat və həqiqət var. O, muğamlara ayrı düşdüyü Ərdəbil həsrətinin də qoşub gülüstanına həsrət qalan bülbül tək yanıqlı-yanıqlı oxuyurdu. Onun ifasında Vətəni ikiyə bölən Araz çayının ahəstə səsi eşidilirdi:
Ayrı düşdük, aylar ötdü, il oldu,
Eşqim sənsiz bir çağlayan sel oldu.
Bağça saldım, çiçək açdı, gül oldu,
Nə üçün səni bəs unuda bilmirəm?
Azərbaycan xalqı sizin gözəl, bənzərsiz səsininizi heç vaxt unutmayacaq, əziz Rübabə xanım!
Zülfiyyə ZİYA, “Xalq qəzeti”