“Türk serialları”nın musiqi aləmi

post-img

Heydər Əliyev Sarayında “BN Team Orchestra” simfonik orkestri növbəti dəfə “Türk serialları dünyası” adlı nadir layihə təqdim edib. Qazaxıstanın məşhur orkestrinin ifasında “Möhtəşəm yüz il”, “Qara sevda”, “Çalıquşu”, “Çuxur”, “Min bir gecə”, “Hərcai” və başqa serialların musiqiləri səsləndirilib.

Eyni zamanda böyük ekranda se­vimli seriallardan ən yaxşı fraqmentlər göstərilib. Konsert tamaşaçılar tərəfin­dən maraqla qarşılanıb.

Qeyd edək ki, bu musiqilər, sadəcə, serialları müşayiət etmir, həm də ta­maşaçını ovsunlayan, kino dünyasına aparan və onlara ekran qəhrəmanla­rının bütün hisslərini yaşadan və hə­mişəlik yaddaşlara həkk olan bütöv bir simfoniya aləmidir. Müxtəlif mövzularda lentə alınan ekran əsərlərinin ideyası simfonik orkestr və xor kollektivlərinin ifası ilə daha dərin məna kəsb edir, qəhrəmanların romantik hissləri, həyə­canlı səhnələri qabarıq şəkildə təqdim olunur.

Fidan SALMANLI, “Xalq qəzeti”

Mədəniyyət