İngiltərədə aparılan araşdırmalardan məlum olub ki, sərnişinlərin əksəriyyəti avtobus sürücülərinə salam verərkən özlərini çox yaxşı hiss edirlər.
Avtovağzalda 116 sərnişin arasında aparılan sorğuda 84 nəfər sürücü ilə səmimi ünsiyyət qurmağın onlara müsbət təsir etdiyini deyiblər.
Sərnişinlərin 25 faizindən az hissəsi isə sürücünü salamlamağın onlar üçün o qədər də önəmli olmadığını bildirib.
Sussex Universiteti və London Nəqliyyatı tərəfindən həyata keçirilən bu pilot layihədən bir daha bəlli olub ki, insanlar xüsusi həvəsləndirici nişanı olan avtobus sürücülərini daha çox yaxşı tanıyır və onlara salam verirlər.
Layihə çərçivəsində Londonun qərbində yerləşən Hammersmis rayonu boyunca 150-dən çox avtobusun sürücü kabinəsinin qapısında və çıxış qapılarında “salam” və ya “təşəkkür” sözü yazılan işarələr quraşdırılıb.
F. HÜQUQQIZI, “Xalq qəzeti”