Əksər yerlərdə yağış yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidro­meteorologiya Xidmətinin verdiyi məlumata əsasən avqustun 29-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağ­mursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləy əsəcək, axşama doğru arabir güclənəcək. Gecə 20-24°, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz olacaq.

Ab­şeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26°, Cənub çimərliklərində: (Tür­kan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbayca­nın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehti­malı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 25-30°, dağlarda gecə 8-13°, gündüz 13-18° isti olacaq.

Q.QASIMOV, “Xalq qəzeti”

Ekologiya