Qocalmamaq iksiri

post-img

Orqanizmdə Q10 maddəsinin azalması sümükdən tutmuş dəriyə kimi bütün sistemləri sürətlə qocaldır. Bəs bu maddə nədir?

Endokrinoloq Fərhad Burzu bildirib ki, CoQ10-a hüceyrə mi­toxondrisində rast gəlinir və o, hüceyrənin enerji balansının təmin olunmasında rol oynayır.

Q10 antioksidant və antiinflamatuar təsirlərə malikdir, orqa­nizmdə ən çox ürək, böyrək və qaraciyər kimi yüksək metobolizm sürətinə malik orqanlarda rast gəlinir.

Endokrinoloq CoQ10-nun 4 formasını – ubixinon, ubixinol, hidroksikoenzim Q10, super ubixinolun olduğunu deyib. Həkim CoQ10-nun orqanizmdə azalma səbəblərini göstərib. Bunlar yaş, ürək-damar xəstəlikləri, revmatoloji xəstəliklər, şəkərli diabet, Alz­heimer, Parkinson, statin istifadəsi, alkoqol və siqaretdir.

Q10 çatışmazlığının əlamətləri xroniki yorğunluq, oynaq və əzələ ağrıları, miqren ağrıları, yaddaşsızlıq, depressiya ola bilər.

Endokrinoloqun fikrincə, insan orqanizmin CoQ10 ehtiyacını gündəlik menyusunda qırmızı ət, qaraciyər, balıq, yumurta, lobya, mərcimək, gül kələm, ispanaq, portağal və çiyələkdən istifadə et­məklə ödəyə bilər.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat