Qırğız Respublikası Suriyaya 150 tondan çox humanitar yardım göndərib.
AZƏRTAC Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, humanitar yardım karvanı ilə Suriyaya zəruri ərzaq və qida məhsulları çatdırılıb.
Bu humanitar missiya Qırğızıstanın sülhün, beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə, çətin vəziyyətlərlə üzləşmiş xalqlara dəstəyin göstərilməsinə sadiqliyinin təzahürüdür.

