2 milyon dollarlıq “Ferrari”

post-img

“Ferrari” şirkəti köhnə avtomobilini hərracda, təxminən, 2 milyon dollara satıb. 

Fotoda gördüyünüz bu avtomobil 1954-cü ildə buraxılmış “Ferrari 500 Mondial Spider”dir. O zaman bu model Amerikaya gətirildikdən sonra mühərri­ki V8 ilə əvəz edilib və bir çox yarışlara qatılıb. Hətta keçmiş “Scuderia Ferrari” sürücüsü Franco Cortese də bu avto­mobildən istifadə edib. Sonradan baş verən avtomobil qəzası nəticəsində maşın yanaraq yararsız vəziyyətə dü­şüb. 

Xatırladaq ki, “Ferrari” ilk avto­mobilini 1946-cı ildə istehsal etməyə başlayıb. Bu, “Ferrari 125” modeli idi. Əvvəllər “Ferrari” yalnız yarış avtomo­billəri istehsal edirdi. Sonradan isə o, satış üçün də idman avtomobilləri is­tehsal etməyə başlayıb.

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya