Kainatın ən qədim qalaktikası aşkar edilib

post-img

“Ceyms Uebb” teleskopu kainatın ən qədim qalaktikası olan Meysini qeydə alıb.

Bu qalaktikanın ortaya çıxması böyük partlayışdan 390 milyon il sonra baş verib və bu, spektroskopik analizlə təsdiqlənib. Sözügedən qalaktika Ostin­dəki Texas Universiteti astronomu Sti­ven Finkelşteyn tərəfindən kəşf edilib və onun qızının adını daşıyır.

Astronom qeyd edib ki, Meysi qa­laktikası həm də ona görə maraqlıdır ki, o, “Ceyms Uebb” teleskopu tərəfindən müəyyən edilən ilk uzaq qalaktikalardan biridir. Alimlər bu qənaətdədirlər ki. Mey­si kimi böyük qalaktikanın yaranmasının necə baş verdiyini izah etmək son dərə­cə çətindir.

“Xalq qəzeti”

Dünya