Maltada itlər teatrı

post-img

Maltada itlər üçün teatr yaradılıb. Burada heyvanlar üçün xüsusi tamaşalar göstərilir. 

Rejissorlar və aktyorlar itlərin sahibləri və digər ev heyvanları haqqında tamaşa hazır­layırlar. Qeyd edək ki, tamaşaya gələrkən it sahiblərindən özləri ilə yemək, su və təmizlik çantası gətirmələri tələb edilir. Tamaşa zamanı teatrda təlimçilər və həkimlər növbətçilik edirlər.

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya