Çoxfunksiyalı və etibarlı qoruma

post-img

Beynəlxalq tədqiqat qrupu internet sistemində kənar kanalların hücumunu dəf edən şifrə yaradıb. “ScitechDaily” saytı xəbər verir ki, Tohoku Universitetinin IT mütəxəssisləri dünyanın bir çox yerindən kibermühəndislərlə birlikdə təhlükəsiz internetə çıxış üzərində çalışıblar. Nəticədə, SCARF adlanan çoxfunksiyalı qoruma təminatı kodu yaradılıb.

Tohoku Universitetinin Elektrik Ra­bitəsi Tədqiqat İnstitutunun professoru Rei Ueno tərəfindən hazırlanmış inno­vativ şifrə inkişaf etmiş sistemlərdə də tam qorumanı təmin edəcək şəkildə yaradılıb. Şifrənin təqdim etdiyi ən bö­yük yenilik təkcə gündəlik istifadə deyil, həmçinin superkompüterlərin qorunma­sını təmin edə bilməsidir.

Müasir kompüter sistemləri xəbərsiz hədəflərdən gizli açarlar vasitəsilə də qoruna bilmirdi. Bunun başlıca səbəbi casusların virus sistemini kompüterin cari iş mexanizmindəki çatışmazlıq­dan istifadə edərək tətbiq etməsi idi. SCARF-ın üstünlüyü isə sistem çatış­mazlıqlarını tam ödəyə bilməsidir.

“Xalq qəzeti”

Dünya