Startapçılar üçün yeni layihə

post-img

ABB İnnovasiya Mərkəzi 4-cü İnkubasiya proqramına start verib.

İnnovativ, qlobal hədəfi, ideyası və onu həyata keçirmək üçün güclü ko­mandası olanlar, proqrama müraciət edə bilərlər. 

12 həftəlik inkubasiya proqramı müddətində seçilmiş startaplar bey­nəlxalq təcrübəli mentor dəstəyi, sahə ekspertləri ilə əməkdaşlıq, investorlara çıxış imkanı və ödənişsiz ofis dəstəyi əldə edəcəklər.

Bununla yanaşı, həmin startaplar ABB İnnovasiya Mərkəzinin təqdim et­diyi digər imkanlardan yararlanmaq für­səti qazanacaqlar.

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Son xəbərlər