Ukraynalıları elektrik enerjisinə qənaət etməyə çağırıb

post-img

Enerji şirkəti “Ukrenerqo” ukraynalıları axşam saatlarında enerji sistemindəki ağır yüklə əlaqədar elektrik enerjisinə qənaət etməyə çağırıb.

Gazeta.ru xəbər verir ki, şirkət saat 16:00-a olan məlumata görə, dünən üçün axşam maksimum elektrik istehlakı həddini artıq keçdiklərini vurğulayıb.

“Tələbatın belə kəskin artımını təmin etmək üçün elektrik enerjisi istehsalı artırılmalıdır. Amma elektrik stansiyalarının gücü indi məhduddur. Bir çox istilik və su elektrik aqreqatları zədələndiyi üçün istismardan çıxıb və ya təmirə dayandırılıb”, - deyə şirkətin açıqlamasında bildirilir.

“Ukrenerqo” ukraynalılara saat 16:00-dan 23:00-a kimi məişət texnikasından ağılla istifadə etməyi tövsiyə edib.

"Xalq qəzeti"

Dünya