Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 5-də Xankəndi şəhərində. Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərinin qəbulunu keçirəcək.
Fövqəladə Hallar Nazirliyindən XQ-yə bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı mayın 3-ü Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

