Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb

post-img

Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində idmançımız 3 medal qazanıb. 
Yığma komandamızın üzvü Amin Osmanov yaşı 17-dək olan oğlanlar arasında 55 kiloqram çəki dərəcəsində mübarizə aparıb. “Göyəzən” klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 99 kiloqram nəticə göstərib və bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Təmsilçimiz təkanla qaldırma hərəkətində də 117 kiloqramı başı üzərinə qaldırıb və bu hərəkətdə ikinci yeri tutub.
Ümumilikdə 216 kq (99+117) nəticə göstərən A.Osmanov yekun sıralamada da gümüş medala layiq görülüb. 

Leyla SABİRQIZI, 
“Xalq qəzeti”

İdman