Gimnastımız dünya kuboku yarışlarının qalibi olub

post-img

Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarında Azərbaycan yığma komandasının üzvü Mixail Malkin uğurla çıxış edib. 
Azərbaycan Gimnastika Federasiyasından “Xalq qəzeti”nə bildiriblər ki, yarışda iki idmançımız - Mixail Malkin və Adil Hacızadə finala vəsiqə qazanmağa müvəffəq olub.
Həlledici mərhələdə təcrübəli idmançımız, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Mixail Malkin bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələnib. Adil Hacızadə isə medala çox yaxın olsa da, dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, gimnastlarımız bu yarışdan birbaşa Koimbra şəhərinə (Portuqaliya) gedərək, iyulun 7-8-də keçiriləcək daha bir dünya kuboku yarışlarında güclərini sınayacaqlar. 

Leyla SABİRQIZI, 
“Xalq qəzeti”

İdman