Türkiyə şirkəti “Anka-3”-ün yeni versiyası üzərində çalışır

post-img

Türkiyənin TUSAŞ şirkəti yeni “Anka-3” pilotsuz döyüş təyyarəsi üzərində çalışır. Bu barədə “Anadolu” xəbər verib. 

TUSAŞ şirkətinin PUA sistemləri üzrə baş müdir müavini Ömər Yıldız “Anka-3”-ün son vəziyyəti barədə danışıb. Bildirib ki, təyyarənin bir çox hissələri şirkətin emalatxanasında hazırlanıb. Hazırda bəzi sonuncu problemlərin həlli istiqamətində işlər görülür.

“Anka-3” pilotsuz döyüş təyyarəsinin ilk uçuşunun gələn ilin aprel ayında həyata keçirilməsi planlaşdırılır.

 

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

 

Dünya