Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri Brüsseldə görüşəcəklər

post-img

Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri iyulun 6-da Brüsseldə görüşəcəklər.

“Anadolu”nun məlumatına görə, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen “Twitter” səhifəsində məlumat verib.

“Mən NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Brüsseldə keçirilən Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyəm. Telefon danışığına görə Türkiyənin xarici işlər naziri Hakan Fidana təşəkkür edirəm”, - Valtonen yazıb.

Üç ölkənin xarici işlər nazirlərinin görüşü iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammiti ərəfəsində baş tutacaq.

"Xalq qəzeti"

Dünya