Türkiyədə döyüş təyyarələri istehsalı ilə bağlı xüsusi idarə yaradılıb

post-img

Türkiyə müdafiə sənayesinin ən böyük layihələrindən olan Milli Döyüş Təyyarəsi (MMU) “Kaan” üçün “Milli Döyüş Təyyarəsi İdarəsi”nin yaradılması barədə qərar qəbul edib.

Məlumat üçün qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) Təyyarə Departamentinin nəzdində həyata keçirilən “Kaan” üçün daha öncə “MMU Qrup Rəhbərliyi” yaradılmışdı.

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın bu ilin mayında prezident seçilməsindən sonra MSK-ya sədr təyin edilmiş Haluk Görgün “MMU Qrup Rəhbərliyi”ini ləğv edib və yeni idarə yaradılıb.

Milli Döyüş Təyyarəsi İdarəsinə ölkədə müdafiə sənayesi sahəsinə geniş təcrübəyə malik olan Gökhan Uçara həvalə edilib.

 

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

 

Dünya