Rusiyaya qarşı 11-ci sanksiya paketi təxirə salınıb

post-img

Avropa İttifaqının səfirləri iyunun 7-də baş tutan qapalı danışıqlarda Rusiyaya qarşı 11-ci sanksiya paketi barədə razılığa gələ bilməyiblər. 

“Euronews” xəbər verir ki, “Politico” qəzeti bu barədə diplo­matik mənbələrinə istinadla məlumat yayıb.

“May ayında Rusiyaya qarşı 11-ci sanksiya paketinin ilkin layihəsi bloklandıqdan sonra Avropa Komissiyası iyunun 7-də Avropa İttifaqı səfirlərinin görüşündə təkliflərin yeni versiyasını təqdim edib. Lakin səfirlər yenə razılığa gələ bilməyib. İyunun 14-də təkliflərin müzakirəsinə yenidən qayıdılacaq”, – deyə qə­zet yazıb.

RTBF telekanalının məlumatına görə, yeni sanksiya layihə­sini bloklayan Yunanıstan və Macarıstan bəzi kompaniyaları Rusiyanın qərb sanksiyalarından yayınması cəhdlərini dəstək­ləyənlər siyahısından çıxarmağı tələb edir.

“Xalq qəzeti”

Dünya