Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

post-img

Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib. Anadolu agentliyi xəbər verir ki, səsvermənin üçüncü turunda 321 səs toplayan Numan Kurtulmuş TBMM-in 30-cu sədri olub.

İlk iki turda seçilmək üçün 400, üçüncü turda isə 301 millət vəkilinin səsi tələb olunurdu. Birinci və ikinci turlarda spikerliyə namizədliyi irəli sü­rülənlərdən heç biri lazımi qədər səs ala bilməmişdi.

Üçüncü turda səsvermədə 584 deputat iştirak edib və onların 321-i Ədalət və İnkişaf Partiyasının namizədi Numan Kurtulmuşu dəstək­ləyib.

“Xalq qəzeti”

Dünya