Avropa Ordusu ideyası yenidən gündəmə gəlib

post-img

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa ordusu ideyasını dəstəklədiyini bildirib. Bu barədə Avropa Komissiyasının Prezidenti WDR-in təşkil etdiyi "Avropa Forumu"nda müzakirə zamanı deyib.

Xanım Lyayen xatırladıb ki, Aİ-yə üzv dövlətlərin əksəriyyəti NATO-nun üzvü­dür: "Nə yaxşı ki, NATO var. Amma NATO hər yerdə deyil. Həm də elə ssenarilər ola bilər ki, Avropa İttifaqının hərəkətinə ehtiyac ola bilər və belə halda biz fəal hərəkət etməyi bacarmalıyıq".

Avropa Komissiyasının Prezidenti belə qərarların “həm Avropa səviyyəsin­də, həm də milli səviyyədə” qəbul edilmə­li olduğunu vurğulayaraq “çünki bu bəzən həyat və ölüm məsələsidir” deyə bildirib.

Almaniya Kansleri Olaf Şolts Avropa İttifaqı ordusu ideyası ilə bağlı ehtiyatlı olduğunu bildirib. “Biz ilk növbədə indi qarşımızda duran məsələləri, bizdən gözlənilənləri etməliyik. İlk növbədə, si­lah istehsalı sahəsində Avropa əmək­daşlığını gücləndirmək lazımdır. Bun­dan əlavə, Avropada təhlükəsizlik yalnız transatlantik əməkdaşlıq vasitəsilə təmin edilə bilər”, - Şolts NATO ilə bağlı vurğu­layıb. O, transatlantik əməkdaşlığın və NATO-nun gücləndirilməsindən vacib ol­duğunu deyib.

“Xalq qəzeti”

Dünya