Sudanda yenidən ağır döyüşlər başlayıb

post-img

Sudanın qərbində, Darfur regionunda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında yenidən döyüşlər başlayıb.
Sudan mətbuatı xəbər verir ki, hazırda Darfur regionunun bəzi rayonlarında yüngül silahlardan istifadə olunmaqla, döyüşlər gedir. Hər iki tərəf bir-birini vəziyyəti gərginləşdirməkdə və yerli tayfaların özünümüdafiə qüvvələrini münaqişəyə cəlb etmək cəhdlərində ittiham edir. Darfur çevik reaksiya qüvvələrinin əsas dayaq məntəqəsi hesab olunur.
Bir müddət öncə mayın 22-də Ciddədə ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında bir həftəlik atəşkəs rejimi barədə razılaşma əldə olunmuşdu.
Qeyd edək ki, aprelin 15-də Sudanda ordu birləşmələri və çevik reaksiya qüvvələri arasında başlayan silahlı münaqişə nəticəsində indiyə qədər minə yaxın insan həlak olub, milyondan çox insan isə qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

“Xalq qəzeti” 

Dünya