“Heydər Əliyev ili” çərçivəsində “Uşaq festivalı” keçirilib

post-img

1 iyun 2023-cü ildə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Heydər Əliyev ili” çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib.

Qurumdan aldığımız məlumata görə, tədbirdə Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun əməkdaşları da aktiv iştirak edib. Festivalda əməkdaşlar üçün ayrılmış meydançada müxtəlif ölçülü kiçik teleskoplar quraşdırılıb və xüsusi filtrlər vasitəsilə uşaqların Günəşə baxışı təşkil edilib. Bundan başqa, uşaqların əylənərək öyrənməsi üçün rəsm boyamaq, sual-cavab tipli müxtəlif viktorinalar keçirilib.

Qeyd edək ki, rəsədxana əməkdaşları tərəfindən festival iştirakçılarına səma cisimləri haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

"Xalq qəzeti"









Təhsil