Hollandiya Ukraynaya  “Leopard” tankları verəcək

post-img

Rusiya-Ukrayna müharibəsi fonunda Qərb dövlətlərinin Ukraynaya hərbi yardımları davam edir. Bu yardımların içərisində “Leopard” tankları xüsusilə fərqlənir. Belə ki, Hollandiya hökuməti Ukraynaya təhvil vermək üçün “Leopard” tankları almaq istəyir.

Hollandiyanın alacağı tankların dəqiq sayı məlum olmasa da, onların sayının onlarla olduğu bildirilir. 

NOS teleradio şirkətinin məlumatında qeyd olunur ki, Ukraynaya təhvil veriləcək “Leopard” tanklarının tədarükçüsü İsveçrə şirkəti ola bilər.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya