“Ceyms Vebb” teleskopunun su kəşfi

post-img

NASA-nın Avropa və Kanada Kosmik Agentlikləri ilə birgə hazırladığı “Ceyms Vebb” teleskopu 2021-ci il dekabr 25-də uğurla orbitə yerləşdirilərək işə başlayıb. “Hubble” kosmik teleskopunu əvəz edən bu teleskop Günəş sistemindən kənarda kəşf edilən yeni planetlərdə həyatın olub-olmadığını araşdırır.

“Ceyms Vebb” kos­mik teleskopu Günəş sisteminin əsas asteroid qurşağında olan və dün­ya okeanlarının mənbəyi hesab ediləcək ilk su kəş­fini edib. “Vebb” telesko­punun yaxın infraqırmızı spektroqrafından istifadə edərək astronomlar Yupiter və Mars arasında orbitdə olan “238P/Read quyruqlu ulduz”unun ətrafında su buxarının oldu­ğunu təsdiqləyiblər.

NASA-dan verilən açıqlamada, dünyanın formalaşması­nın ilkin mərhələsində Yerə düşən asteroidlərin Yer kürəsində su mənbəyini yaratdığı fikirləri qeyd edilib. Hətta bəzi astro­nomların Yerdəki su mənbəyinin “quyruqlu ulduzlar” olduğu düşüncəsi diqqət çəkib.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Sosial həyat