Bölgələrdə hava...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, mayın 19-da Bakıda və Abşeron yarımadasında gecə saatlarında gözlənilən yağışın səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmur­suz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 10-15°, gündüz 20-25° isti ola­caq.Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir ya­ğıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsə­cək. Havanın temperaturu gecə 10-15°, gündüz 22-27° , dağlarda gecə 0-5°, gündüz 8-13° isti ola­caq. 

Q.QASIMOV, “Xalq qəzeti”

Ekologiya