Kosmosda evlənmək şansı

post-img

Bundan sonra yer insanlarının kosmosda evlənməsi də mümkün olacaq. Bununla bağlı “Space Perspective” adlı şirkət cütlüklərə zəmanət verə biləcəyini elan edib. “Lenta.ru”nun verdiyi məlumata görə, şirkət kosmosda insanların evlənməsinə imkan yaradacaq uçuşlar həyata keçirəcək. 

Bu barədə yayılmış məlumatda bildirilir ki, bu cür evlənmə prosesi cütlüklərə bir qə­dər böyük məbləğə başa gələcək. “Neptun” adlı şarda kosmosa qalxacaq cütlüklər 125 min dollar ödəməli olacaqlar.

“Space Perspective”nin təsisçilərin­dən Ceyn Poytner deyib ki, artıq insanlar kosmosda evlənmək üçün qeydiyyatdan keçməyə başlayıblar. Şirkətin saytında bu arzuda olanların siyahısı dərc edilib və siya­hının 2024-cü ilin sonuna qədər dolu olduğu qeyd olunub.

“Xalq qəzeti”

Sosial həyat