ABŞ-ın Montana ştatı əhaliyə Çinə məxsus “TikTok” sosial platformasına şəxsi cihazlardan daxil olmağa qadağa qoyub.
Ştatın qubernatoru Greg Gianforte tərəfindən imzalanan qadağanın 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Qadağaya səbəb isə, dünyanın bir çox yerində “TikTok” məlumatlarının Çin hökümətinə ötürülməsi ehtimalıdır.
Qeyd edək ki, əhalisi 1 milyondan çox olan Montana ştatında ötən ilin dekabr ayında hökumətə məxsus elektron cihazlarda da tətbiqdən istifadəyə qadağa qoyulmuşdu.
F.HÜQUQQIZI, “Xalq qəzeti”

