Nyu-Yorkda “Sotheby’s” hərracında qədim ibrani dilində yazılmış “İncil” 38,1 milyon dollara satılıb. Bu barədə hərrac evi özünün “twitter” səhifəsində məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, “İncil”, təxminən, 900-cü ildə yazılıb.
Hərraca çıxarılan müqəddəs kitabı diplomat Alfred Moses alıb.
F.SALMANOVA, “Xalq qəzeti”

