Alma sirkəsi – ürəyin dayağı

post-img

Mütəxəssislər ürək- damar sisteminin sağlam olması üçün bəkməz, kərə yağı, ət və ət məhsulları, süd və süd məhsullarını uyğun qida hesab etmirlər. Amma ürək sağlamlığı üçün almanın faydasının daha çox olduğunu bildirirlər. Burada almanın rəngə uyğun düzgün seçilməsi önəmlidir. Bu baxımdan yaşıl almanın ürək çatışmazlığında çox faydalı olduğu deyilir.

Ürəkdə çırpıntıların yaranma­sına və ritmin pozulmasına alma sirkəsi faydalı hesab edilir. Ürək ritminin pozulması həyəcanlan­maq və ürəyin ətrafında yerləşən sinir hüceyrələrinin üzərində olan elektrik axınının müəy­yən nöqtədə toqquşması nə­ticəsində baş verir.

Alma sirkəsinin qəbulu sinirləri stabilləşdirir və ürək ritiminin pozulmasının qarşı­sını alır. Mütəxəssislər bildi­rirlər ki, alma sirkəsi və alma eyni vaxtda qəbul edildikdə, ürəkdəki digər problemləri də aradan qaldırır.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat