Prosessorlara yeni tipli nüvələr qoyulacaq

post-img

Hələ bir neçə müddət bundan öncə xarici mediada məlumat verilmişdi ki, MediaTek şirkəti öz mobil prosessorlarına NVIDIA şirkətinin nüvələrini inteqrasiya etməyi planlaşdırır. Görünür, bu, həqiqətən, belə olacaq. Belə ki, verilmiş yeni məlumata əsasən, MediaTek növbəti flaqman mobil prosessoruna NVIDIA nüvələrini inteqrasiya edəcək. 

Söhbət MediaTek Dimensity 9300 prosesso­rundan gedir. Maraqlı odur ki, məlumata əsasən, MediaTek şirkəti NVIDIA GPU-larını təkcə mobil prosessorlarına deyil, həmçinin kompüterlər üçün nəzərdə tutulmuş prosessorlara da inteqrasiya edəcək.

Süni zəka ilə çalışmaq üçün nəzərdə tutulmuş tenzor nüvələri də daxil olmaqla NVIDIA-nın digər texnologiyaları MediaTek-ə noutbuklar üçün yük­sək imkanlı həllər yaratmağa imkan verəcək. 

Zərifə HÜSEYN, “Xalq qəzeti”

Sosial həyat